SİYASƏT
15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntəqəsində yeddi nəfər ilk dəfə səs verəcək
Bakı, 9 fevral, Əziz Məmmədov, AZƏRTAC
Fevralın 9-u saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb.
Dairə seçki komissiyasının 4 saylı məntəqəsinin sədri Simuzər Zeynalova AZƏRTAC-a bildirib ki, məntəqə üzrə 1483 seçici qeydə alınıb. Onlardan 7 nəfəri seçki hüququndan ilk dəfə istifadə edəcək gənclərdir. “Soyuq hava şəraitinə baxmayaraq, 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Məntəqə üzrə yaşı 80-ni ötmüş 24 seçici var. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb”, - deyə o bildirib.