SİYASƏT


15 sentyabr 1918-ci il XX əsr Azərbaycan tarixinin ən şərəfli və parlaq günlərindən biridir

Bakı, 15 sentyabr, AZƏRTAC

103 il əvvəl olduğu kimi, ötən il 44 günlük Vətən müharibəsində də bir daha Azərbaycan-Türkiyə qardaşlığı nümayiş olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Vətən müharibəsi iştirakçısı, polkovnik Abdulla Qurbani media nümayəndələrinə müsahibəsində deyib.

Bakının azad olunmasında qardaş Türkiyənin rolundan danışan polkovnik A.Qurbani bildirib ki, 15 sentyabr 1918-ci il XX əsr Azərbaycan tarixinin ən şərəfli və parlaq günlərindən biridir. 103 il bundan əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan Korpusunun əsgərləri ilə birləşərək Bakımızı və bir çox rayonlarımızı erməni bolşeviklərdən tamami ilə azad etmişdir. İki gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürülüb. Həmişə olduğu kimi, bu il də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər həyata keçirilir. Bu gün paytaxtımızda bizim baş ziyarətgahımız Şəhidlər xiyabanından və türk şəhidlərimizin ziyarətindən sonra Azərbaycan əsgərinin Bakının işğaldan azad olunması münasibətilə yürüşü keçirildi. Vaxtı ilə ulu öndər Heydər Əliyevin açılışını etdiyi hərbi hissədən Azərbaycan Ordusunun döyüş ictimai-siyasi hazırlıq əlaçıları, eləcə də Vətən müharibəsi iştirakçıları, qaziləri, qardaş Türkiyənin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeliyinin əməkdaşları, həmçinin Azərbaycan Ordusunun general, zabit və əsgərləri buradan Qobustandakı Acıdərə türk şəhidliyinə yürüşümüz başlanıldı. Bu yürüş necə ki, 103 il bundan öncə Azərbaycan əsgəri qardaş Türkiyənin əsgərləri ilə bir səngərdə idi, bu gündə biz Acıdərəyə doğru qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun gəldiyi yollarla biz Acıdərəyə gedirik.

Qeyd edilib ki, Bakının işğaldan azad olunması Kürdəmirin, Ağsunun, Şamaxının və digər rayonların işğaldan azad edilməsi ilə başlanıldı. Acıdərədə yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə ucaldı. Hələ sovetlər dövründə belə türk şəhidliyi, türk məzarlığı qadağan olunduğu dövrdə Azərbaycan xalqı bu məzarları qoruyub saxlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.