İDMAN


“Legiya”-“Qarabağ” oyunu başlayıb

Bakı, 1 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsi çərçivəsində “Legiya”-“Qarabağ” oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Uroş Matiç, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç və Kvabena Ovusu yer alıblar.

Polşa təmsilçisinin ilk on birliyində isə meydana Artur Boruc, Yosip Yuranoviç, İqor Levçuk, Artur Jedrzejczyk, Filip Mladenoviç, Bartoş Kapustka, Damaqoy Antoliç, Bartoş Sliş, Joel Valensiya, Rafael Lopeş və Tomaş Pexart çıxıblar.

Görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Tobias Ştilerdir. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edirlər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirir.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.