SİYASƏT


Azərbaycan Ordusuna dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilir

İstanbul, 1 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə ölkənin Kocaeli vilayətinin Böyükşəhər Bələdiyyəsinin binasına iri Azərbaycan və Türkiyə bayraqları asılıb.

Şəhərin küçə və prospektlərinə Azərbaycana dəstək məqsədilə “Türk milləti olaraq canımızın digər hissəsi olan Azərbaycan türklərinin yanındayıq” şüarları asılıb. Ölkənin İzmir və Balıkesir şəhərlərinin rəmzləri olan “Saat qülləsi” və Çamlık təpəsində yerləşən əzəmətli Ay heykəli Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Türkiyənin müxtəlif vilayətlərinin ictimai nəqliyyat vasitələrinin elektron tablolarında “Bir millət, iki dövlət”, “Azərbaycan” şüarları və iki qardaş ölkənin bayraqları əks olunub.

Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Türkiyə əhalisi tərəfindən yaxından izlənir. Ölkənin müxtəlif bölgələrində dəstək aksiyaları təşkil olunur, televiziya proqramları hazırlanır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.