SİYASƏT


Ukrayna mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb

Kiyev, 20 oktyabr, AZƏRTAC

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğu qeyd edilib.

Məqalələrdə, həmçinin Ermənistanın 241 tankının məhv edildiyi, 39 tankın isə hərbi qənimət kimi götürüldüyü vurğulanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.