SİYASƏT


Qətərin “Əl-Raya” qəzeti: Ermənistan ordusu humanitar atəşkəsi pozaraq Gəncə şəhərini raket atəşinə məruz qoyub

Bakı, 21 oktyabr, AZƏRTAC

Qətərdə ərəb dilində nəşr olunan “Əl-Raya” qəzetində Gəncə şəhərinə edilmiş hücumla bağlı məlumat dərc edilib.

Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, yazıda erməni ordusunun oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərini raket atəşinə məruz qoyması və nəticədə13 mülki şəxsin həyatını itirdiyi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin ağır yaralanmasına, çoxlu bina, ev, iş yerləri, nəqliyyat vasitələri və s. zərər görməsinə səbəb olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) dərc edilən xəbərlərə istinadən verilən məlumatlarda qeyd olunub ki, erməni qoşunları humanitar atəşkəsi pozaraq növbəti dəfə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket atəşinə məruz qoyub.

Yazıda dağıntılar altından həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və yaralıların xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, bu vaxta qədər 52 nəfərin dağıntılar altından çıxarıldığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.