CƏMİYYƏT


Özbəkistanın ölkəmizdəki səfiri Ermənistanın Azərbaycanın dinc əhalisinə məqsədli şəkildə zərbələr endirməsi barədə məlumatlandırılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Mədət Quliyev səfir Bahrom Aşrafxanovu təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Nazir erməni terrorçularının sentyabrın 27-dən bu günədək Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini, bir sıra kənd və qəsəbələri ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları, dinc əhaliyə, mülki infrastruktura məqsədli şəkildə zərbələr endirmələri, Gəncəyə raket hücumu və onun ağır nəticələri haqqında səfirə geniş məlumat verib.

Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Səmimi görüşə görə təşəkkür edən səfir diplomatik fəaliyyəti dövründə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.