DÜNYA


Bolqarıstan Prezidenti koronavirus səbəbindən Estoniyaya səfərini yarıda saxlayıb

Tallin, 22 oktyabr, AZƏRTAC

Bolqarıstan Prezidenti Rumen Radev Estoniyaya səfərini yarıda saxlayıb.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun səfərə çıxmazdan əvvəl COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olmasıdır.

Estoniya Prezidentinin mətbuat xidmətinin oktyabrın 20-də verdiyi məlumata əsasən, Bolqarıstan Prezidenti Rumen Radev Baltik, Qara və Adriatik dənizlərinin 12 dövlətini bir araya gətirən “Üç dəniz təşəbbüsü” sammitində iştirak etmək məqsədilə Estoniyaya gəlmişdi.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.