DÜNYA


ABŞ-ın neft ehtiyatları azalıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon barrel (0,2 faiz) azalaraq 488,1 milyon barrel olub. Bu göstərici aprel ayından bəri ən aşağı səviyyədir. Bazar proqnozları da ehtiyatların 1 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,8 milyon barrel azalmışdı.

Ölkənin motor yanacağı ehtiyatlarında may ayından bəri ən böyük artım qeydə alınıb, benzin istehlakı isə sentyabr ayından indiyədək ən aşağı səviyyəyə enib.

ABŞ-ın strateji neft ehtiyatları 700 min barrel azalaraq 640,1 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,9 milyon barrel (0,8 faiz) artaraq 227 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,6 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.