REGİONLAR


NDU-nun tələbələri Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani tanış olublar

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrin Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada tələbələrə mütəxəssislər tərəfindən fabrikin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, 2010-cu ildə fəаliyyətə başlayan müəssisədə müxtəlif çeşiddə mebel istehsalı üçün Almaniya, İtaliya və Türkiyənin müasir texnoloji avadanlıqları quraşdırılıb. Bu da istehsal olunan yüksəkkeyfiyyətli məhsulların analoji idxal məhsulları ilə müqayisədə daha ucuz qiymətə təklif olunmasına imkan verir. Hazırda fabrikdə “Belissa” əmtəə nişanı ilə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Müəssisədə istehsal olunan mebellər daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına, eləcə də xarici ölkələrə ixrac olunur.

Sonda tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.