MƏDƏNİYYƏT


Vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətinin, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir : Hekayə, esse və poeziya. Müsabiqəyə esse və şeirlərin qəbulu üçün son tarix 25.11.2020, hekayələrin qəbulu üçün isə 30.11.2020-dir. Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 493 42 94

İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.