SİYASƏT


Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin çıxışları və müsahibələrinə geniş yer verir

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçla görüşündə və Yaponiyanın “Nikkei”

qəzetinə müsahibəsi, eləcə dövlətimizin başçısının “Twitter” səhifəsindəki paylaşımları barədə müxtəlif xəbərlər yaymaqda davam edirlər.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, palitranews.ge, aktual.ge və daha bir neçə informasiya portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırılır.

Mətbuat şanlı Ordumuzun qələbələri, işğal altında olan torpaqlarımızın azad edilməsi, erməni mifologiyasının dağıdılması və Azərbaycan-Gürcüstan münasibətləri, TAP layihəsi üzrə işlərin qrafik üzrə uğurla davam etməsi və digər məsəllərlə bağlı açıqlamalarına geniş yer veriblər.

Materiallarda Azərbaycan Prezidentinin “Erməni faşistlərini belini qıraraq bölgəmizi böyük fəlakətlərdən və faciələrdən qurtaracağıq” ifadəsi gürcü oxucuların daha çox marağına səbəb olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.