SİYASƏT


Özbəkistan portalları Ermənistanın təcavüzkar siyasəti haqqında geniş məqalələr yayıb

Daşkənd, 23 oktyabr, АZƏRTAC

Özbəkistanın “human.uz”, “nargiz.uz” portalları Ermənistanın təcavüzkar siyasəti haqqında özbək və rus dillərində geniş məqalələr çap edib.

AZƏRTAC “human.uz” portalına istinadla xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Gəncəyə və ermənilərin atəşə tutduğu rayonlara getdikdən, oradakı dağıntıları gördükdən sonra bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Bu səfərlər zamanı mən raket zərbələrinin ağır nəticələrini öz gözlərimlə gördüm. Gördüyüm hər şeydən sarsılmışam: ən kədərlisi odur ki, günahsız insanlar həlak olur.

Özbəkistanın prinsipial mövqeyini yenidən təsdiq etmək istərdim. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə şərtsiz riayət etməklə Dağlıq Qarabağ münaqişəsinin tez bir vaxtda həllinin zəruriliyindən ibarətdir”, - deyə B.Aşrafxanov bildirib.

“nargiz.uz” portalı Azərbaycan Mədəniyyət Nazirliyinin Xudafərin körpüsü ilə bağlı bəyanatını yayıb.

Bəyanatda deyilir: “Oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılıb”.

Sənəddə vurğulanır ki, Xudafərin körpüsünün UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bəyanatda vurğulanır ki, tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.