İDMAN


İspaniya La Liqası: 181-ci “El klassiko”da “Real Madrid” qələbə qazanıb

Bakı, 24 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 24-də İspaniya La Liqasının 6-cı turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Nou Kamp” stadionunda oynanılan görüşdə iki əzəli rəqib - “Barselona” və “Real Madrid” klubları qarşılaşıb. Görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 5-ci dəqiqədə “Real Madrid” açıb. Kərim Benzemanın ötürməsindən sonra Fedriko Valverde qapıçı ilə təkbətək çıxaraq fürsəti əldən verməyib. Qoldan üç dəqiqə sonra meydan sahibləri hesaba tarazlıq gətirib. Ansu Fati fərqlənib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

Fasilədən sonra üstünlüyü artıran “Real Madrid” yenidən hesabda önə keçib. Matçın 63-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Serxio Ramos dəqiq yerinə yetirib. Görüşün 90-cı dəqiqəsində Madrid təmsilçisi oyunda son nöqtəni qoyub. Oyuna yenicə daxil olmuş Luka Modriç adını tabloya yazdırıb. Beləliklə, 181-ci “el klassiko”da “Real Madrid” güclü olub.

İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73, “Barselona” isə 72 dəfə qalib olub. Otuz beş oyun heç-heçə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.