DÜNYA


Sutka ərzində İranda koronavirusdan 335 nəfər həyatını itirib

Tehran, 25 oktyabr AZƏRTAC

Bu günə olan məlumata görə, İranda 5814 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsaslanaraq xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 562 min 705 nəfər, ölənlərin sayı isə 32 min 320 olub.

Müalicəsi davam edən 4952 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 450 min 891 nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.