REGİONLAR


Doqquz ayda Qəbələdə 2384 yeni iş yeri açılıb

Qəbələ, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin doqquz ayında Qəbələ rayonunda 2384 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 468-i mövcud müəssisə və təşkilatlarda, 1916-sı isə fiziki şəxslərdə yaradılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda meyvəçiliyin inkişafı ilə əlaqədar yeni bağların salınması, həmçinin rayona dəmir yolu xəttinin çəkilişi layihəsinin icrası ilə bağlı görülən işlər yeni iş yerlərinin açılmasında, əhalinin işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.