SİYASƏT


Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasında hökumət və parlament səviyyəsində səmərəli əməkdaşlıq mövcuddur

Tbilisi, 26 oktyabr, AZƏRTAC

Gürcüstan və strateji tərəfdaşımız olan Azərbaycan arasında həm hökumət, həm də parlament səviyyəsində səmərəli əməkdaşlıq mövcuddur. Bu cür münasibətlər hər iki tərəf üçün daim strateji əhəmiyyət daşıyaraq xalqlarımızın milli mənafeyinə söykənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kaxa Kuçava söyləyib.

O deyib ki, gürcü və Azərbaycan xalqlarını tarixi dostluq telləri birləşdirir. Etnik azərbaycanlılar Gürcüstan cəmiyyətinin mühüm bir hissəsidir. İki ölkə arasında münasibətlər sürətlə inkişaf edir ki, bu da regionda iqtisadi sabitliyi qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox mühümdür.

Sədr müavini deyib: “Son hadisələri də nəzərə almaqla biz hesab edirik ki, sülhə alternativ yoxdur və buna da yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Elə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya da tərəfləri buna səsləyib, dialoqun məkanı kimi Tbilisi şəhərini də təklif etmişik. Ölkəmizin, xalqımızın inkişafı üçün regionda sülh vacib şərtdir”.

O, həmçinin Gürcüstan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.