DÜNYA


Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 80-ə çatıb

İstanbul, 26 oktyabr, AZƏRTAC

Türkiyədə saxta içkidən zəhərlənərək xəstəxanada müalicə alan daha 9 nəfər həyatını itirib. Bununla son 15 gün ərzində ölkədə bu səbəbdən ölənlərin sayı 80-ə çatıb.

AZƏRTAC xəbər verir ki, son iki gün ərzində saxta içki istehsalı və satışının qarşısının alınması məqsədilə Türkiyədə etil spirti və alkoqollu içkilərin satıldığı minlərlə iş yerində axtarış və yoxlamalar aparılıb. Bu axtarışlar nəticəsində saxta, eləcə də qanunsuz yollarla Türkiyəyə gətirilən 7 min litrdən çox müxtəlif içki növləri və etil spirt müsadirə edilib.

Əməliyyatlar zamanı saxlanılan 471-ə yaxın şübhəli saxlanılıb. Onlardan 95-i həbs olunub.

Ölümlərə səbəb olan saxta içkilərin bir hissəsinin səth təmizləyicilərindən, bəziləri isə metanol miqdarı yüksək olan etil spirti etiketli məhsullardan istifadə edilərək istehsal olunduğu müəyyən edilib.

Əməliyyat davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.