DÜNYA


Türkiyədə güclü partlayış baş verib

Ankara, 26 oktyabr, AZƏRTAC

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə partlayış yerində dağıntı var, ətrafdakı avtomobillərə ziyan dəyib. Prospekt bağlanıb.

Hadisə yerinə xilasedici və təcili tibbi yardım maşınları gəlib. Hələlik partlayışın səbəbi və nəticəsi barədə məlumat yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.