DÜNYA


İstanbulun yeddi rayonunda COVID-19 xəstələrinin sayı artıb

İstanbul, 27 oktyabr, AZƏRTAC

Təəssüf ki, bu istiqamətdə uzun müddət göstərdiyimiz uğurları davam etdirə bilmədik. Hazırkı vəziyyət bizdən daha çox intizamlı olmağı tələb edir. İstanbuldakı xəstə sayı Türkiyədə ümumi yoluxanların 40 faizini təşkil edir. Bu, ölkədəki ümumi vəziyyətlə bağlı ən az iki dəfə daha artıq narahatlıq yaradır. Risk mövsüm şərtləri səbəbindən gedərək artacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İstanbul Valiliyində şəhərdəki COVID-19-la bağlı son vəziyyətlə əlaqədar keçirilən toplantının ardından açıqlamalarında bildirib.

İstanbulun dünyanın ən sıx şəhərləri arasında 14-cü yerdə olduğunu deyən nazir bunun virusun yayılması baxımından problem yaratdığını bildirib.

Qeyd edilib ki, artım nisbəti İstanbulun 11 rayonunda 50-60, 10 rayonunda 60-70, yeddi rayonunda isə 70-80 faizdir. Bunun ən əsas səbəbləri isə tədbirlərin yumşalması və əhalinin tətillərdən şəhərə qayıtmasıdır. Bu səbəbdən ictimai nəqliyyatda, iş saatlarında tənzimləmələr, bəzi sahələr üzrə distant iş qrafikinə keçid nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.