REGİONLAR


Ağsunun küçələrinə asfalt döşənir

Ağsu, 27 oktyabr, AZƏRTAC

Ağsu şəhərində küçələrə asfalt döşənir.

Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda işlər 20 Yanvar, Məhəmməd Əsədov, Cabir Kərimov, Səməndər Rzayev və A.Osmanov küçələrində aparılır. Bu küçələrdə yollara 3810 kvadratmetr asfalt örtük çəkiləcək.

İşlər dövlət vəsaiti hesabına, “ATF” MMC tərəfindən görülür. Yolların hamarlanaraq bərkidilməsi və asfaltlaşdırılmasına 20 nəfər işçi qüvvəsi və 9 ədəd texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.