REGİONLAR


Ucarda çəltik biçini başa çatıb

Ucar, 27 oktyabr, AZƏRTAC

Ucar rayonunda çəltik biçini başa çatıb və sahələrdən 1750 ton məhsul istehsal olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 74 nəfər torpaq mülkiyyətçisi tərəfindən 550 hektar sahədə çəltik yetişdirilib. Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən bu məhsul rayonun əsasən Şahlıq, Boyat və Bağman kəndlərinin ərazilərində əkilib. Əkində yerli “Ağ mirvari” və “Ağdaş” sortlarından istifadə olunub.

Qeyd edək ki, respublikamızda çay, çəltik, eləcə də sitrus meyvələrinin istehsalının artırılması ilə əlaqədar qarşıya qoyulan vəzifələr çəltikçiliyin də inkişafına güclü təkan verib. Ucarda təkcə bu il hər hektardan düyü istehsalı 31,8 sentner olub ki, bu da ötən ildəkindən 3,3 sentner çoxdur. Gələn il rayonda çəltik əkini sahələrinin artırılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.