İQTİSADİYYAT


Ölkədən 63,3 min ton pambıq lifi, 5,8 min ton pambıq ipliyi ixrac olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında Azərbaycandan 63,3 min ton pambıq lifi və 5,8 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 83,8 milyon, pambıq ipliyinin dəyəri isə 12 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 86,7 milyon dollarlıq 61,7 min ton pambıq lifi, 22,5 milyon dollarlıq 9,4 min ton pambıq ipliyi ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.