DÜNYA


Pakistanda seminariyada baş verən partlayış nəticəsində 7 nəfər həlak olub

Bakı, 27 oktyabr, AZƏRTAC

Bu gün səhər Pakistanın Peşavar şəhərində seminariyada baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, daha 70 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə The Dawn nəşri səhiyyə orqanlarına istinadla məlumat yayıb.

Yerli polis idarəsindən faktı təsdiqləyərək bildiriblər ki, partlayışın səbəbi müəyyənləşdirilir. Mümkün səbəblər sırasında əldəqayırma partlayıcı qurğunun işə salınması göstərilir.

Polis zabiti Vakar Əzimin sözlərinə görə, partlayış Quran dərsi zamanı baş verib. Partlayıcını seminariyanın içərisinə kimsə çantada keçirib.

Hadisə yeri əhatəyə alınıb, polis sübutlar toplayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.