ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir

Bakı, 27 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Əliyar Əliyevdir.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. O, iki il Saransk Dövlət Universitetində, daha sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirib.

Qarabağ müharibəsində iştirak edən Əliyar Əliyevin qəhrəmanlığı dillər əzbəridir. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.