ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Sentyabrın 10-da dövlət qulluğuna qəbul üzrə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 10-da dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.