MƏDƏNİYYƏT


Portuqaliyada turizm ekoloji yolla və ehtiyatlara qayğı ilə inkişaf etdiriləcək

Lissabon, 27 oktyabr, AZƏRTAC

“Turismo de Portugal” Milli Turizm Agentliyi enerjidən səmərəli istifadə olunan müəssisələrin sayını 2023-cü ilədək 50 faiz artırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, dayanıqlı turizm planına əsasən, enerjidən səmərəli istifadə, su təminatı və tullantıların utilizasiyası sistemləri ilə təchiz edilmiş turizm komplekslərinin sayını 50 faiz artırmaq, həmçinin dördulduzlu və beşulduzlu turizm komplekslərinin 50 faizində birdəfəlik plastik məhsullardan imtina etmək məqsədi qarşıya qoyulub.

Planda, həmçinin 2023-cü ilədək təqribən 50 min peşəkarın dayanıqlı inkişaf sahəsində təlim keçməsi nəzərdə tutulur.

Portuqaliyanın Turizm naziri İneş duş Santuş Koştanın sözlərinə görə, turizm sahəsinin dayanıqlı inkişaf ideyaları əsasında bərpası həm gələcək böhranlar qarşısında sabitliyi təmin edəcək, həm də iqtisadi, sosial və ekoloji baxımdan işin keyfiyyətini artırmağa imkan verəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.