ELM VƏ TƏHSİL


Kürəkçay müqaviləsi

Qarabağın əzəli Azərbaycan torpağı olması, ermənilərin bu ərazilərə XIX əsrin əvvəllərində, təxminən 200 il əvvəl məqsədyönlü şəkildə yerləşdirilməsi bir çox tarixi sənədlərdə də öz təsdiqini tapır. Belə arxiv sənədlərindən biri Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə olan Kürəkçay müqaviləsidir. Həmin müqaviləni 1805-ci il mayın 14-də Şuşalı və Qarabağlı İbrahimxəlil xan və Çar Rusiyasının generalı Pavel Sisianov imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Kürəkçay müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Ermənilər Azərbaycanın ən dilbər guşələrindən biri olan Qarabağa Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra yerləşdiriliblər.

AZƏRTAC mövzunun aktuallığını nəzərə alaraq, müqavilənin tam mətnini fotoslayd formasında təqdim edir. 

Qeyd: Beynəlxalq ictimaiyyətin Kürəkçay müqaviləsi ilə yaxından tanış olması üçün sənədin vaxtilə ingilis və fransız dillərinə tərcümə edilmiş mətni də AZƏRTAC-ın saytındakı müvafiq bölmələrdə yerləşdirilıb və sosial media hesablarında paylaşılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.