SİYASƏT


“The Jerusalem Post” qəzeti Azərbaycandakı tolerantlıqdan, Ermənistandakı antisemitizmdən bəhs edir

Bakı, 27 oktyabr, AZƏRTAC

“The Jerusalem Post” qəzetində Azərbaycanda və Ermənistanda yəhudilərin yaşayışından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif Roman Qurieviç oktyabrın 8-də Azərbaycanda yaşayan Aşkenazi yəhudilərinin Azərbaycan Ordusunun Dağlıq Qarabağ uğrundakı müharibədə qalib gəlməsi üçün bir yerə toplaşaraq dua etdiklərini bildirir.

Yazıda qeyd olunur ki, Bakının bir çox yerlərində yəhudi alimlərinin şərəfinə abidələr ucaldılıb. Bilinən bir faktdır ki, Azərbaycanda antisemitizm yoxdur.

Məqalədə ermənilərin tarixən Azərbaycanda sülh şəraitində yaşadıqları diqqətə çatdırılır. Minlərlə azərbaycanlının isə Ermənistandakı yaşayış yerlərindən qovulduğu qeyd edilir.

Müəllif “Pew” Araşdırma Mərkəzinə istinadla Ermənistanın yəhudilərə qarşı ən az tolerant olan ölkə olduğunu vurğulayır. Hətta ermənilərin 32 faizinin yəhudiləri həmvətənləri kimi görmədiklərini bildirir. Həmçinin antisemitizm indeksinə görə Ermənistanın keçmiş sovet ölkələri arasında ən yüksək pillədə olduğu vurğulanır. Yerevandakı Holokost abidəsinin dəfələrlə vandalizm aktlarına məruz qaldığı diqqətə çatdırılır. Vurğulanır ki, Ermənistan nasizmin tərəfdarlarına milli qəhrəman kimi baxır.

Müəllif fikirlərini yekunlaşdıraraq Azərbaycan və Ermənistan haqqında bunları deyir: Müharibənin iki tərəfində biz nə görürük? Bir tərəfdə heç vaxt antisemitizmin olmadığı, İsraili enerji resursları ilə təmin edən və öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan, digər tərəfdə isə antisemitizmin mövcud olduğu, qapalı və monoetnik, qonşusunun torpaqlarını işğal etmiş və mülki əhalini atəşə tutan Ermənistan.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.