CƏBHƏ XƏBƏRLƏRİ


Erməni hərbçilərinin köməksiz vəziyyətdə tərk etdikləri yaşlı şəxslərə Azərbaycan tərəfinin münasibəti ölkəmizin humanitar hüquq normalarına sadiqliyinin təzahürüdür VİDEO

Gəncə, 27 oktyabr, N.Məmmədov, T.Babayev, AZƏRTAC

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq norma və prinsiplərinə, həmçinin Cenevrə Konvensiyalarına və onun Əlavə Protokollarına yüksək sadiqlik nümayiş etdirərək əsir götürülmüş şəxslərə qarşı yüksək humanistlik nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən geri çəkilərkən köməksiz vəziyyətdə qoyub getdiyi erməni millətindən olan iki mülki şəxs – Hadrut qəsəbə sakinləri 85 yaşlı Babayan Yevgeniya Pavlovnaya və 84 yaşlı Melkumyan Mişa Merlandoviçə göstərilən münasibət Azərbaycanın bu humanist davranışının daha bir əyani təsdiqidir.

Köməksiz vəziyyətdə qalan hər iki şəxs dərhal tibbi yardımla təmin olunub.

Yevgeniya Babayan jurnalistlərə açıqlamasında hazırda onların vəziyyəti ilə hərtərəfli maraqlandıqlarını və Ermənistana getmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində dörd mülki şəxs həlak olub, bir neçə nəfər xəsarət alıb. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi humanitar hüququn norma və prinsiplərinə daim yüksək sadiqlik nümayiş etdirir. Ermənilərin özlərinin köməksiz vəziyyətdə qoyub getdikləri yaşlı iki insana Azərbaycan tərəfinin göstərdiyi qayğı ölkəmizin humanist davranışının növbəti əyani göstəricisidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.