MƏDƏNİYYƏT


Kitabxana Gəncə terroru haqqında videoçarx hazırlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya – resurs şöbəsinin əməkdaşı Zəhra Cəbiyeva Gəncə terroru barədə hazırladığı videoçarxı sosial şəbəkələr üzərindən virtual izləyicilərə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda təqdim edilən fotolar günahsız körpələri hədəfə alan erməni təcavüzkarlarının törətdiyi cinayətin sübutudur. Dünya ictimaiyyəti susmayın, baxın onların silahı körpə uşaqlara, dinc sakinlərə çevrilib. Bölgədə gərginliyin davam etməsinə səbəb olan Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə almaqda davam edir.

Xatırladaq ki, sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi. Əks hücum nəticəsində işğal altında olan torpaqlarımızın azad olması davam edir. Qüdrətli Azərbaycan ordusu qarşısında aciz qalan erməni silahlı birləşmələri döyüş bölgəsindən çox uzaqda olan ərazilərimizi Ermənistan ərazisindən atəşə tutmaqda davam edir. Qeyd edək ki, hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan ərazisindən raket zərbələri endirilib. Gəncədə erməni terroru nəticəsində həyatını itirən sivil və mülki şəxslərin arasında uşaqlar da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.