SİYASƏT


Jerom Lamber: Fransa televiziyasının reportajına etiraz nümayişi ölkəmizdəki radikallığın dərəcəsini göstərir

Paris, 29 oktyabr, AZƏRTAC

Hər kəs "Le Figaro"nun məqaləsindəki şərhləri qiymətləndirə bilər. Məqaləyə şərh təhqir və təhdid mesajlarının axınına səbəb olub.

Fransada müəllimin öldürülməsindən sonra ölkə Prezidenti ictimaiyyəti ifadə və düşüncə azadlığını qorumağa çağırdı. Təkrar edirəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləməyə davam edəcəyəm. Radikallara Fransada yer yoxdur!

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

O bildirib ki, heç bir karikatura nəşr etməyib. Ancaq etsəydi, bəlkə yenə də belə mənfur şərhlər və təhdidlər alardı. O, deyib ki, sadəcə olaraq, "Le Figaro"da Azərbaycan Prezidenti ilə müsahibəyə dair məqaləyə fikir bildirib, elə cinayəti də budur - fikrini azad söyləmək.

"Bu məqaləyə şərhim hələ də hesabımdadır. Fransanın bu münaqişə ilə bağlı 30 illik rəsmi mövqeyini göstərmək istəyirdim. Fransa özünün qəbul etdiyi BMT qətnamələrini dəstəkləyir.

Başa düşdüm ki, bu gün Fransada Ermənistanın mövqeyini təsdiqləmədən Azərbaycanla Ermənistan arasındakı vəziyyəti müzakirə etmək mümkün deyil. Əks halda, belə radikal reaksiyalarla üzləşəcəksən. Bəzi ermənilərin TF1-in qərargahı qarşısında Fransa tərəfindən Azərbaycanda hazırlanan yeganə reportaja etiraz olaraq nümayiş isə ölkəmizdəki radikallığın dərəcəsini göstərir!", - deyə J.Lamber bildirib.

O vurğulayıb ki, dünyada sülh uğrunda mübarizəsini davam etdirəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.