SİYASƏT


“New Straits Times” qəzeti: Razılaşdırılmış növbəti humanitar atəşkəs kobud şəkildə pozuldu

Kuala Lumpur, 29 oktyabr, AZƏRTAC

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna raket hücumu barədə xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 27-də yayılmış bəyanatına əsasən qeyd edilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə əldə edilən humanitar atəşkəs razılaşdırılmasını kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.

Həmçinin bildirilib ki, iki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqları pozmaq məqsədi güddüyünün bariz göstəricisidir.

Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Məlumatın sonunda cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyət qəti mövqe nümayiş etdirməyə çağırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.