DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları artıb

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4,3 milyon barrel (0,9 faiz) artaraq 492,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 700 min barrel azalaraq 639,4 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 900 min barrel (0,4 faiz) azalaraq 226,1 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,9 milyon barrel artmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.