REGİONLAR
Kürdəmir pambıqçıları sahələrdən indiyədək 4200 tondan çox məhsul yığıblar
Kürdəmir, 29 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və indiyədək sahələrdən 4232 ton məhsul toplanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 1997,5 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda məhsul yığımı üçün hər gün sahələrə 800 nəfərdən çox işçi çıxır, habelə 9 pambıqyığan kombaynın gücündən istifadə olunur. Rayonun, demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox pambıq əkilən Qarasu, Şilyan, Muradxan, Qarabucaq və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışı daha sürətlə davam etdirilir.
Artıq tarlalarda hər hektardan orta hesabla 21,2 sentner məhsul götürülüb. Sahələrdə hələ məhsul boldur. Pambıqçılar ağır zəhmət bahasına yetişdirdikləri məhsulun tez və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]