DÜNYA


COVID-19: Fransada koronavirusa 47 637 yeni yoluxma qeydə alınıb

Paris, 30 oktyabr, AZƏRTAC

Fransada son sutkada COVID-19 epidemiyasına 47 637 yeni yoluxma, 235 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, ölkədə epidemiya başlayandan koronavirusun 36 020 qurbanı olub. Fransada COVID-19-a yoluxanların ümumi sayı 1 282 769-a çatıb.

Hazırda xəstəxanalarda 21183 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3156 xəstəsi müalicə alır.

Pandemiyanın ikinci dalğası ilə üzləşən hökumət oktyabrın 30-dan qüvvəyə minən ən azı 4 həftəlik təcridolma rejimi tətbiq etməyə məcbur olub. Ancaq təcridolma rejiminin yanvarın sonunadək davam edəcəyi ilə bağlı fikirlər səsləndirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.