DÜNYA


Gürcüstanın bütün seçki məntəqələri səsverməyə tam hazırdır

Tbilisi, 30 oktyabr, AZƏRTAC

Gürcüstanın dairə və məntəqə seçki dairələri oktyabrın 31-də keçiriləcək parlament seçkilərində səsverməyə tam hazırdır. Seçkilər 3657 seçki məntəqəsində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania məlumat verib.

Onun sözlərinə görə, xaricidə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

MSK sədri deyib ki, seçicilər 48-i siyasi partiya, 2-si isə blok olmaqla 50 seçki subyekti arasında seçim edəcəklər. Onlar, həmçinin bu siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verəcəklər.

Bildirilib ki, stasionar müalicə, karantin və özünütəcriddə olan 10 min 845 seçicinin daşınan seçki qutuları vasitəsilə səsvermədə iştirakı təmin olunacaq.

Pandemiyaya baxmayaraq, seçki məntəqələri tam təhlükəsiz olacaq. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məntəqələrdə bütün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Qeyd edilib ki, ölkədə parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək.

Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5971 nümayəndəsi işıqlandıracaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.