SİYASƏT


Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Siyasi, ticari-iqtisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin perspektivləri ətraflı müzakirə edilib.

Baş Nazir Əli Əsədov Ermənistan silahlı qüvvələrinin hazırda davam edən təcavüzü ilə bağlı Pakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.