SİYASƏT


Rusiya Ermənistana kömək göstərməkdən yenə imtina edib

Moskva, 31 oktyabr, AZƏRTAC

Əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

AZƏRTAC xəbər verir ki, Ermənistanın baş naziri N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar RF Xarici İşlər Nazirliyinin bəyanatı bu barədədir.

Bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Federasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur”.

RF XİN-də qeyd ediblər ki, həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.