REGİONLAR


Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb - FOTO

Ağcabədi, 31 oktyabr, T.Ağaməmmədov, foto T.Babayev, AZƏRTAC

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altındakı ərazilərimizdəki tarixi-dini abidələri məhv edən erməni vandalları dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.