İQTİSADİYYAT


Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək

Bakı, 31 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının sosial-iqtisadi inkişafının perspektivləri barədə məlumatlandırılacaq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, noyabrın 2-də Bakıda “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək. Tədbirin məqsədi Azərbaycan Ordusunun şanlı qələbələri nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın sosial-iqtisadi inkişafının perspektivləri haqqında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlərinə daha dolğun və geniş məlumatın təqdim edilməsidir.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından cəbhə bölgəsinə humanitar yardımın göndərilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.