MƏDƏNİYYƏT


Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi davam edir

Bakı, 1 noyabr, AZƏRTAC 

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilir. Sərgi xoş əhval-ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.