DÜNYA


Banqladeşdə ötən sutka COVID-19 səbəbindən 32 ölüm qeydə alınıb

Pekin, 24 noyabr, AZƏRTAC

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 2230 yoluxma, bu virus səbəbindən 32 ölüm faktı qeydə alınıb. Ölüm hallarının əksəriyyəti paytaxt Dəkkədə baş verib.

AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 451 mini ötüb, ölənlərin sayı isə 6448-ə çatıb.

İdarənin açıqlamasında deyilir ki, indiyədək virusa yoluxanların 81 faizi sağalıb, 1,43 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alır. Tibbi personal onların vəziyyətini telefon və ya internet portalı vasitəsilə nəzarətdə saxlayır.

Pandemiya ilə əlaqədar maska taxılmasının məcburi olduğu Banqladeşdə bu qaydaya əməl etməyənlərin cərimələnməsi üçün mobil məhkəmələr fəaliyyət göstərir.

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.