REGİONLAR


Masallıda istedadlı şagirdlərin əl işlərinin onlayn müsabiqəsi keçirilir

Masallı, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi” layihəsinin icrası uğurla davam edir.

Layihə rəhbəri Gülnar Ağayevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihə çərçivəsində artıq onlayn müsabiqə və ustad dərsləri başa çatıb.

Müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən onların elektron formada “e-mail” vasitəsilə əl işlərinin qəbulu aparıldığını, əl işlərinin qəbulunun üç gün ərzində təlimçi Ruslan Həsənov və ekspert Gülər Ağayevanın iştirakı ilə həyata keçirildiyini söyləyən layihə rəhbəri, əl işlərinin qəbulu zamanı onlayn müsabiqəyə dəvət olunmuş ekspertlərin və xüsusi qonaqların müsabiqəyə qatılaraq məktəblilərlə söhbət apardıqlarını diqqətə çatdırıb.

Qeyd olunub ki, onlayn müsabiqə başa çatdıqdan sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə “Zoom” proqramı üzərində ustad dərsləri də təşkil olunub. Ustad dərsləri 5 gün ərzində 2 qrup üçün təşkil edilib. Hər qrupda 20-yə yaxın şagird iştirak edib.

Münsiflər heyətinin qərarı ilə ən maraqlı əl işlərinin sahibləri mükafatlandırılacaq və onlar onlayn sərgi şəklində ictimaiyyətə təqdim olunacaq.

Müsabiqənin qalibləri ilə yanaşı, layihənin icrası müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaq.

Layihənin icrası dekabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.