İDMAN


“Mançester Siti” Lionel Messi ilə uzunmüddətli əməkdaşlıq etmək niyyətindədir

Bakı, 24 noyabr, AZƏRTAC

“Mançester Siti” Lionel Messini 10 illik sözləşmə ilə heyətə cəlb etməyi planlaşdırır.

AZƏRTAC “Sport-express.ru”ya istinadla xəbər verir ki, İngiltərə klubu argentinalı futbolçu ilə uzunmüddətli əməkdaşlıq etmək fikrindədir.

Razılaşma əldə olunarsa, L.Messi əvvəlcə “Mançester Siti”, bir neçə ildən sonra eyni sahibkara məxsus ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edə bilər. Otuz üç yaşlı oyunçu karyerasını bitirdikdən sonra isə Avstraliya, Çin, Hindistan və Yaponiyada klubun elçisi kimi fəaliyyətini davam etdirə bilər.

Qeyd edək ki, argentinalı superulduzun “Barselona” ilə müqavilə müddəti mövsümün sonunda başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.