İQTİSADİYYAT


İspan mətbuatı ilin sonunda Azərbaycan qazının Avropaya planlaşdırılmış tədarükü barədə yazır

Madrid, 26 noyabr, AZƏRTAC 

İspaniyanın EFE xəbər agentliyi, ən nüfuzlu qəzetlərindən biri olan “La Vanguardia” “Azərbaycan ilin sonunda Avropaya TAP vasitəsilə qaz tədarükünə başlayacaq” adlı məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrlər qeyd edirlər ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İtaliyanın ölkədəki səfiri Augusto Massari ilə görüşündə bildirilib.

İspan nəşrləri Azərbaycanın ilin sonunda İspaniyanın ENAGÁS şirkətinin 16 faizinə sahib olduğu Cənub Qaz Dəhlizinin üç hissəsindən biri olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlayacağını bildirib.

Nəşrlər, TAP-ın ildə 10 milyard kubmetr təbii qaz istehsal gücünə sahib olduğunu diqqətə çatdırır, baxmayaraq ki, iki kompressor stansiyası və modifikasiya ilə boru kəmərinin ötürmə qabiliyyəti gücü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Layihənin dəyəri 4,5 milyard avro civarında qiymətləndirilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.