SİYASƏT


İqor Korotçenko: Fransa növbəti təxribatla qərəzli olduğunu göstərdi

Moskva, 26 noyabr, AZƏRTAC

Fransa Senatının qətnaməsi növbəti təxribatdır. Bu təxribatla Fransa qərəzli olduğunu göstərdi və artıq özünü ATƏT-in Minsk qrupundan kənarda qoydu. Qətnamə bəzi fransız deputatların siyasi korrupsiya amilinin və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri altında qəbul edildi.

AZƏRTAC xəbər verir ki, bu barədə “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

İqor Korotçenko deyib ki, Fransa əvvəllər də tarazlığa riayət etmirdi və Ermənistanın maraqlarını açıq şəkildə irəli çəkirdi, indi bu, bir daha təsdiqləndi və bu dəfə Senatda. Hüquqi baxımdan bu qətnamə əhəmiyyətsizdir. Ümumiyyətlə, bu, sadəcə, ağılsız hərəkətdir və nəticələri Parisin öz maraqlarına zərbə vuracaq. Fransa biznesinin Azərbaycanda müəyyən itkiləri ola bilər. Azərbaycanın milli maraqlarının qorunması üçün lazım olan şəkildə reaksiya vermək üçün bütün əsasları var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.