ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Geologiya fakültəsində onlayn elmi seminar keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “İkinci Bakı su kəmərinin məhsuldarlığının artırılması məqsədilə yeraltı su yatağının istismar ehtiyatının qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarın moderatoru, Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova Azərbaycan hidrogeologiya elmi məktəbinin davamçılarından biri, BDU-da pedaqoji fəaliyyət göstərmiş, Əməkdar mühəndis, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun elmi fəaliyyəti haqqında məlumat verib. Alimin elmin təhsilə inteqrasiya məsələlərinə verdiyi tövsiyələr və araşdırmaların əhəmiyyətindən söz açıb.

Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiyası şöbəsinin rəisi, BDU-nun Geologiya fakültəsinin məzunu Elkin Rüstəmov “İkinci Bakı su kəmərinin məhsuldarlığının artırılması məqsədilə yeraltı su yatağının istismar ehtiyatının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Çingiz Qurbanov, direktor müavini Fərda İmanov, professorlar Məmməd Çıraqov, Bahadır Qələndərov, Nazim İmamverdiyev, dosentlər Əli Novruzov, Əvəz Məmmədov məruzə ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, belə seminarların keçirilməsi hidrogeologiya ixtisası üzrə təhsil alan tələbə və magistrantların tədqiqatlarda tətbiq olunan müasir metodologiya və yeni avadanlıqla tanış olması baxımından böyük əhəmiyyət kəsb edir.

Akademik Vasif Babazadə BDU-da keçirilən onlayn elmi seminarların tədqiqat işlərinin davam etməsinə töhfə verdiyini bildirib.

Təhsilin təşkilinin stimullaşdırılması və onlayn tədris prosesinin davamlılığının təmin edilməsi məqsədilə keçirilən seminar iştirakçıların elmi diskussiyası ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.