ELM VƏ TƏHSİL


“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı panellərlə davam edib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı panellərlə davam edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş konfrans “Zoom” proqramı üzərindən keçirilib.

Panellər Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov, Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun moderatorluqları ilə keçirilib. Panellərdə professorlar İmamverdi Həmidov, Nəsrulla Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, filologiya elmləri doktoru Nəsib Göyüşov, dosentlər Məmmədəli Babaşlı, Əsmətxanım Məmmədova, Könül Məmmədova, Səbinə Mirzəyeva, Zəkiyyə Əbilova, Rübabə Şirinova, Şahlar Şərifov və digər məruzəçilər çıxış ediblər.

Konfransda bağlanış nitqi ilə çıxış edən rektor Aqil Şirinov tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Vasim Məmmədəliyev adına təqaüd təsis ediləcək və Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.