DÜNYA


Son sutkada İranda koronavirusdan 289 nəfər ölüb

Tehran, 29 noyabr, AZƏRTAC

Son 24 saat ərzində İranda 12 min 950 nəfər koronavirusa yoluxub, 389 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 948 min 749-a, yoluxaraq ölənlərin sayı isə 47 min 875-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 859 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 658 min 292 nəfər isə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.